23.06.2022-ci il tarixində “Səbail rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub.”

“Məktəbli 16” ərazi partiya təşkilatında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov və təşkilatın əməkdaşı Fuad Heydərli iştirak edib.
Tədbir zamanı çıxış edən natiqlər 26 İyun – Silahlı Qüvvələr Günü, ordumuzun yaranması və formalaşması, 44 günlük tarixi zəfərdə müzəffər Azərbaycan ordusunun keçdiyi şanlı qələbə yolu haqqında çıxış edərək, bu bayramın əhəmiyyətindən bəhs edib, tədbir iştirakçılarını təbrik ediblər.
Tədbirdə vətən müharibəsi şəhidinin anası Nahidə Teymurovanın doğum günü də qeyd olunub, şəhid anası təbrik edilib, ən xoş arzular çatdırılıb, ona gül buketi təqdim olunub.
Nahidə Teymurova təbrik və diqqət üçün öz təşəkkürünü bildirib.