“YAP Səbail rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin və anası Asəmən xanımın ad günü ilə əlaqədar ziyarət ediblər.”

YAP Səbail Rayon təşkilatının sədr müavini Nicat Hüseynov, partiyanın məsləhətçisi Fuad Heydərli və partiya fəalı Ramil Hacıəliyev Vətən müharibəsi şəhidi Əhədzadə İlkin Qələmşah oğlunun və anası Asəmən xanımın doğum günü ilə əlaqədar yaşadığı evdə şəhidin ailə üzvlərini ziyarət edərək təbrik edib, can sağlığı, uzun ömür diləyiblər. Şəhidin valideynləri təbriklərə və xoş fikirlərə görə öz təşəkkürünü bildirib. Hər zaman şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, o cümlədən YAP Səbail rayon təşkilatının kollektivinə minnətdarlığını ifadə ediblər.Qeyd edək ki, YAP Səbail rayon təşkilatı şəhid ailələri və qaziləri daim diqqət mərkəzində saxlayır.