Səbail rayonunda Qurban bayramı münasibətilə aksiya keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən müqəddəs Qurban bayramı münasibətilə aksiya keçirilib.Aksiyada rayon təşkilatının əməkdaşları Aysel Nəsibova,Fuad Heydərli, Aysel Vəliyeva, Əfəndi İbrahimli iştirak ediblər.Aksiya çərçivəsində rayon sakinləri olan sosial durumu zəif aztəminatlı ailələrə Qurban payları verilib, bayramları təbrik edilib.

Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.