“Biz Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbinin üçüncü dərsi keçirilib.

İlk öncə Azərbaycan Dövlət Pedaqoji Universitetin nəznində olan Heydər Əliyev muzeyinə tələbələrin ekskursiyası təşkil olunub.

Çıxışlardan öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar arzu edilib.

Tədbirdə çıxış edən Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.Bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Bu məktəbin də əsas əhəmiyyəti ondan ibarətdir ki, dahi şəxsiyyəti haqqında daha yaxından məlumat almaqdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov çıxışında

Heydər Əliyev irsinin elmi, pedaqoji, siyasi baxımdan çox geniş rakurslu olduğunu, bu  isim nə qədər araşdırılsa belə, hələ də araşdırılmağa və yeni məlumatlar öyrənilməyə davam etdirildiyini bildirib.

Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların təhsil almasının vacibliyini vurğulayıb. Bu istiqamətdə də hər zaman böyük addımlar atıblar. Belə ki, ilk növbədə təhsil almaq üçün gənclər xarici ölkələrə göndərildi. Bütün bunlar Ulu Öndərin gənclərin xalq üçün yararlı bir şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir.

Daha sonra  Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdirinin müavini, Siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, “Əməkdar müəllim”,”91”-lərin nümayəndəsi Allahverdi Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, “91”-lərin nümayəndəsi,professor  Hacan Hacıyev mövzu ətrafında görüş iştirakçıları ilə öz fikirlərini bölüşüb.

Çıxışlar bitdikdən sonra isə tələbələrin sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.