“S.Y.Bakuvi 14” ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “S.Y.Bakuvi 14” ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Auditorlar Palatasının sədri Vahid Novruzov, qurumun əməkdaşları, aparatın əməkdaşı Əfəndi İbrahimli, ərazi partiya təşkilatın üzvləri iştirak edib.

Tədbir Ulu öndər Heydər Əliyev və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.

Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək ulu öndər Heydər Əliyevin alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir, vətəndaş-dövlət əlaqələrini daha da gücləndirir.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılmasına həsr edilən filmin nümayişi baş tutub.