“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatında YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

17 noyabr 2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (İstiqlaliyyət 6 ərazi partiya təşkilatı) Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının üzərinə düşən mühüm vəzifələrdən, perspektiv fəaliyyət istiqamətlərindən də söz açıb. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb.

“İstiqlaliyyət 6” ərazi partiya təşkilatının sədri Hikmət Babayev çıxışında Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır və partiyamız nəinki ölkəmizdə, regionda ən böyük və aparıcı rola malik olan partiyadır. Partiya sıralarına qoşulmağa müraciət edənlərin sayının artması xalqımızın dövlətinə, prezidentinə və iqtidar partiyasına güvəninin əyani sübutudur.

Sonda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.