Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi çərçivəsində “Neftçi Qurban küçəsi 120 ” ərazi partiya təşkilatında yığıncaq keçirilib.

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə iştirakçıları təbrik edərək, partiyanın yaradılmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu deyib. Regionun ən böyük partiyasının Azərbaycanın uğurlu gələcəyi, inkişafı və dövlətçiliyimizin qorunması naminə 30 ildir ki, uğurla fəaliyyət göstərdiyini bildirib.
“Neftçi Qurban küçəsi 120 ” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevinc Məmmədova hesabatla çıxış edərək, görülmüş işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrdən danışıb.
Hesabat dinlənildikdən sonra Muxtar Nağıyev “Neftçi Qurban küçəsi 120 ” ünvanı üzrə ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, təşkilatın üzvlərinin ölkədə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini vurğulayıb. M.Nağıyev Sevinc Məmmədovnın səhəti ilə əlaqədar ərazi təşkilatına yeni sədrin seçiləcəyəni bildirib.
Sonra “Neftçi Qurban küçəsi 120 ” ünvanı üzrə ə razi partiya təşkilatına yeni sədr və sədr müavini seçkiləri keçirilib. “Neftçi Qurban küçəsi 120 ” ərazi partiya təşkilatının üzvü Hikmət Günel Hacıyeva təşkilatın yeni sədri, Sevinc Məmmədova isə sədr müavini seçilib. Muxtar Nağıyev yeni sədri və müavini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
“Neftçi Qurban küçəsi 120 ” ünvanı üzrə ərazi partiya təşkilatının yeni sədri Günel Hacıyeva ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirəcəyini bildirib.
Sonra Muxtar Nağıyev “Neftçi Qurban küçəsi 120 ” ünvanı üzrə ərazi partiya təşkilatının keçmiş sədri Sevinc Məmmədovaya YAP-ın Fəxri Fərmanını təqdim edib.