Şəhid Bilal Qənbərovun anası doğum günü münasibətilə ziyarət olundu.

Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının sədr müavini Nicat Hüseynov və rayon təşkilatının məsləhətçisi Lamiyyə Hacızadə Vətən müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun anası Gültəkin xanımı doğum günü ilə əlaqədar yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.

Şəhidin anası Gültəkin Qənbərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qənbərov Bilal Xanlar oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Müharibənin ilk günlərindən döyüşə atılan Bilal Qənbərov 2020-ci il noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.