Yeni Azərbaycan Partiyası Səbail rayon “Badamdar massiv 3/2” ərazi partiya təşkilatında iclas keçirilib.

İclasda YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev, təşkilatın əməkdaşları Fuad Heydərli, Lamiyyə Hacıyeva və ərazi partiya təşkilatının üzvləri iştirak edib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.

Daha sonra “Badamdar massiv 3/2” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının fəallarının təklifi ilə yeni sədr və sədr müavini müəyyənləşib.

Yekdilliklə Elnur Mirzəyev ərazi partiya təşkilatının sədri, Şəlalə Abbasova sədr müavini seçilib.

M.Nağıyev yeni seçilmiş  sədri və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb.

Elnur Mirzəyev ona göstərilən inam və etimada görə təşəkkürünü bildirib, partiyanın inkişafı üçün əlindən əsirgəməyəcəyini qeyd edib.