Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin ilk görüşü keçirilib.

Səbail rayon İcra Hakimiyyətinin inzibatı binasında keçirilən görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman İdarəsinin sədri Elnarə Əliyeva, YAP səbail rayon təşkilatının kollektivi və layihə iştirakçıları iştirak edib.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların təhsil almasının vacibliyini vurğulayıb. Bu istiqamətdə də hər zaman böyük addımlar atıblar. Belə ki, ilk növbədə təhsil almaq üçün gənclər xarici ölkələrə göndərildi. Bütün bunlar Ulu öndərin gənclərin xalq üçün yararlı bir şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.Bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Bu məktəbin də əsas əhəmiyyəti ondan ibarətdir ki, dahi şəxsiyyəti haqqında daha yaxından məlumat almaqdır.

Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev Heydər Əliyevin həyat və yaradıcılığı, mükəmməl siyasi kursundan söz açaraq, Ulu öndərin ölkəmiz və xalqımız üçün sülh və təhlükəsizliyin təmin olunması, dövlətimizin inkişafı və dünyada tanıdılması istiqamətində gördüyü işlərin misilsiz olduğunu, Azərbaycan xalqının qəlbində  Ümummilli liderimizin daim yaşayacağı barədə fikirlərini bölüşüb.

Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova Heydər Əliyev irsinin elmi, pedaqoji, siyasi baxımdan çox geniş rakurslu olduğunu, bu  isim nə qədər araşdırılsa belə, hələ də araşdırılmağa və yeni məlumatlar öyrənilməyə davam etdirildiyini bildirib.

Səbail rayon Gənclər və İdman İdarəsinin sədri Elnarə Əliyeva çıxışında Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə xalqın gələcəyi kimi baxıb və onların təhsil almasının vacibliyini vurğulayıb. Bu istiqamətdə də hər zaman böyük addımlar atıblar. Belə ki, ilk növbədə təhsil almaq üçün gənclər xarici ölkələrə göndərildi. Bütün bunlar Ulu Öndərin gənclərin xalq üçün yararlı bir şəxsiyyət olmasında təhsilə nə qədər önəm verdiyinin göstəricisidir.

Çıxışlar bitdikdən sonra iştirakçıların sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.