YAP Səbail rayon “Zərifə Əliyeva 77” Ərazi Partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi.

“Zərifə Əliyeva 77” Ərazi Partiya təşkilatında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP-ın Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov və “Zərifə Əliyeva 77” Ərazi Partiya təşkilatının sədri Asif İsmayılov çıxış ediblər.

Muxtar Nağıyev Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, Ulu öndərin Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlər haqqında danışıb. YAP-ın bütün sahələrdə mühüm rolunu qeyd edən M.Nağıyev cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və 44 günlük qələbəni də diqqətə çatdırıb.

Nazirin müşaviri Rəşad Bayramov RİNN-in əməkdaşı olan YAP üzvlərini “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlərdə yaxından iştiraka çağırıb. R.Bayramov eyni zamanda çıxışında nazirliyin dəyərləri haqqında ətraflı məlumat verib.

Sonra “Zərifə Əliyeva 77” Ərazi Partiya təşkilatının sədri Asif İsmayılov çıxış edərək YAP-ın uğurlu siyasi fəaliyyətindən danışıb. “Zərifə Əliyeva 77” Ərazi Partiya təşkilatında “Heydər Əliyev İli” ilə bağlı bir sıra tədbirlərin keçiriləcəyini vurğulayıb.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən şəxlərə Fəxri Fərmanlar və partiyaya yeni daxil olanların  vəsiqələri təqdim olunub.