Səbail rayonunda “Heydər Əliyev ili”nə həsr olunmuş BAKU WINTER CUP 2023 su polosu üzrə turnir keçirilib.

Bakı Su İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tədbirlər planına uyğun olaraq su polosu idman növü üzrə BAKU WINTER CUP turniri keçirilib.

Tədbirin açılış mərasimində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov, Üzgüçülük Federasiyasının nümayəndələri, turnirdə iştirak edən komanda və azarkeşlər iştirak edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev yarış iştirakçılarına uğurlar arzu edib, ölkəmizdə idmanın hər bir sahəsinə ayrılan diqqət kimi su idmanlarına dövlət tərəfindən göstərilən dəstək və yaradılan şərait barədə öz fikirlərini bölüşüb.

Daha sonra turnirə start verilib. Turnirdə 5 komanda iştirak edib. Yarışın sonunda qaliblər kubok və medallar, eləcə də diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.