“Azərbaycan xalqına və dövlətçiliyinə həsr olunan ömür” adlı tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “Ü.Hacıbəyli – 68” ƏPT-nın təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Azərbaycan xalqına və dövlətçiliyinə həsr olunan ömür” adlı tədbir keçirilib.
Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, AMEA-nın müxbir üzvü Novruz Quliyev, professor Hacan Hacıyev, YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, “Ü.Hacıbəyli – 68” ƏPT-nın sədri dosent Sultanəli Qurbanov, habelə müəllim və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələlərdə həyatını itirənlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümyiş olunub.
Tədbirdə çıxış edənlər Ulu Öndərin fövqəlbəşəri dühasının müxtəlif aspektləri haqqında söz açaraq, Heydər Əliyevin təkcə Azərbaycana müstəqillik qazandıran böyük xilaskar kimi deyil, eyni zamanda cəmiyyət həyatının bütün sahələrinə xüsusi diqqət yetirən, bu gün hər bir vətəndaşımıza, xüsusən hər bir gəncimizə örnək olan milli və ümumbəşəri dəyərləri özündə cəmləşdirən unikal bir şöxsiyyət olduğu qeyd olunub.
Çıxışlardan sonra Filologiya fakültəsinin tələbəsi Aytac Muradlının ifasında vətənpərvərlik mövzusunda şeir dinlənilib.
Sonda YAP-a yeni üzv olan müəllim və tələbələrə partiya biletləri təqdim olunub.