Vətən müharibəsi şəhidi Vüsal Teymurovun doğum günü münasibətilə məzarı ziyarət edilib.

Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Teymurov Vüsal Zakir oğlunun doğum günü münasibətilə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayon təşkilatının sədr müavini Nicat Hüseynov, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən  şəhidin məzarı ziyarət edilərək xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Eyni zamanda Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xalqımız tərəfindən daim qəlblərdə yaşayacağını, onları heç bir zaman unutmayacağını, dərin hörmət və ehtiramla yad edəcəyini, qeyd ediblər. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin daima dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.


Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, övladlarının doğum günündə onun xatirəsinin yad olunmasını Vüsalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirmişlər.  
Qeyd edək ki, Vüsal Teymurov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.