Səbail rayonunda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

“Heydər Əliyev ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “Neftçilər prospekti 2” ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə ağacəkmə aksiyası keçirilib.

Keçirilən aksiyada YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, aparatın əməkdaşları, ƏPT üzvləri və fəal gənclər iştirak edib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki,  müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.

Aksiya çərçivəsində ümumilikdə 300 ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.