Bibiheybət qəsəbə Mədəniyyət evində Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Tədbirdə  YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yusif Məmmədov, “Məktəb Meydanı 50”  Ərazi  Partiya Təşkilatının sədri Sədaqət Həsənova, Bibiheybət Mədəniyyət evinin direktoru Gulara Bayramova , 70 saylı Uşaq Bağçasının müdiri Zərnişan Məsməliyeva ,Səbail rayon Şəhid Anaları ,II Qarabağ Müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.

Çıxış edənlər Ulu öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti qurucusu, milli-mənəvi inkşaf istiqamətində gördüyü işlər, bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlmiş faaliyyətindən məlumat verdilər.

Bədii hissədə Mədəniyyət evinin fəal üzvləri Ulu Öndərə həsr olunmuş şeir kompazisiyası səsləndirmiş və rəqs nömrələri ilə çıxış etdilər.X.Nebiyevin başçılığı ilə Muğam üçlüyü “Dilkəş”təsnifi və “Xudayar”təsnifini  ifa etdilər.Tədbirin sonunda xatirə fotosu çəkildi.