Səbail rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində yeri və rolu” adlı dəyirmi masa və kitab sərgisi keçirilmişdir

“İstiqlaliyyət küçəsi 27” Ərazi Partiya Təşkilatında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində yeri və rolu” adlı dəyirmi masa və kitab sərgisi keçirilmişdir. Kitab sərgisində Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin idarəçilik təcrübəsi, elm, təhsil və mədəniyyət sahəsindəki xidmətlərini geniş əks etdirən nəşrlər nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev açmışdır.Milli Məclisinin VI çağırış deputatı Aydın Mirzəzadə, eləcə də Tarix və Fəlsəfə kafedrasının müəllimləri Radif Mustafayev, Arif Əlizadə və Zahid Vəliyev çıxış etdilər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına üzvlük ilə bağlı müraciət edən  Qərbi Kaspi Universitetinin əməkdaşları və tələbələrinəpartiya vəsiqələri təqdim edilmişdir.