YAP Səbail rayon təşkilatının qərargahında “Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbinin növbəti görüşü keçirilib

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında qeyd edib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib.
M.Nağıyev ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə iki müxtəlif sosial-iqtisadi baxışın vəhdətindən yanaşmağın zəruriliyini qeyd edib, Ümummilli Liderin istər birinci, istərsə də ikinci dəfə Azərbaycanın siyasi rəhbəri olarkən fəaliyyətinin ana xəttini təşkil edən tarixi faktlardan söhbət açıb.
Sonra Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” Kafedrasının müdiri, YAP Siyasi Şurasının üzvü İradə Hüseynova bildirib ki, YAP Səbail rayon təşkilatının nəzdində yaradılan “Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” məktəbin müdavimlərinin şahidi olmadığı, lakin müvafiq ədəbiyyat nümunələrindən öyrənə biləcəyi belə tarixi faktlar çoxdur. Ümummilli Liderimizin xalqına, Vətəninə böyük sevgisinin tarixi günlərdə, 44 günlük müharibənin gedişatında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın Şuşa şəhərinin azad edilməsi ilə bağlı xalqa müraciətində bir daha şahidi olduq. Təkcə Azərbaycan xalqı deyil, bütün dünya Ümummilli Liderin Şuşanın, Qarabağın taleyi ilə bağlı oğluna vəsiyyətini bir daha eşitdi
“Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” məktəbinin növbəti görüşü maraqlı sual-cavabla yekunlaşıb.