İlham Əliyev – YAP-ın namizədi, xalqın namizədi!

Partiyanın şəhər və rayon təşkilatlatlarında uğurlu təşviqat kampaniyasına start verilib.

YAP Səbail rayon təşkilatı da digər rayon təşkilatları kimi partiyanın namizədi cənab İlham Əliyevin təşviqat kompaniyasına böyük coşqu ilə başlayıb. Səbail rayonu ərazisində 30 məntəqədə və Nəsimi-Səbail ərazisini əhatə edən 23 № li Nəsimi-Səbail seçki dairəsi ərazisinin 10 məntəqəsində yerləşdirilmiş lövhələrdə cənab İlham Əliyevin təbliğat vərəqələri yapışdırılmışdır.

“Seçki qanunvericiliyinə uyğun olaraq , bütün işlər görülüb. Seçkiqabağı təbliğat və təşviqat prosesinə partiyanın 1500 – ə yaxın fəalı cəlb olunub. Həmin fəalllar artıq seçici siyahılarını da dəqiqləşdiriblər. Bu proses hazırda da davam edir “ -deyən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri , partiyaının idarə heyətinin üzvü Zahid Qaralov rəhbərlik etdiyi təşkilatın seçkilərə hazırlıq prosesindən danışarkən deyib.

Z.Qaralov bildirib ki , onlar seçkilərə hərtərəfli hazırdırlar. Bu prosesi YAP Səbail rayon fəalları uğurla həyata keçiriblər və bundan sonrakı təşviqat-təbliğat işlərində də səylə fəaliyyət göstərəcəklər.