Partiyaya qəbul

Partiyaya üzvlük fərdidir.

Partiyanın NizamnaməsiniProqramını qəbul edən, siyasi partiyada üzvlüyü Konstitusiyaya görə qadağan olunmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının 18 yaşına çatmış, fəaliyyət qabiliyyətli hər bir vətəndaşı dinindən, dilindən, sosial və etnik mənşəyindən asılı olmayaraq partiyanın üzvü ola bilər.

Partiyaya qəbul şəxsi ərizə və ərazi ilk partiya təşkilatının qərarı əsasında aparılır.

YAP üzvünə vahid nümunə üzrə üzvlük vəsiqəsi təqdim edilir.

Partiya üzvlüyünə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Yaşayış və ya iş yeri üzrə ərazi ilk partiya təşkilatına yazılı ərizə ilə müraciət etmək;
  2. Partiya üzvlüyünə daxil olmaq haqda anketdə və ya aşağıdakı elektron anketdə şəxsi məlumatları doldurmaq;
  3. Şəxsiyyət vəsiqəsinin nüsxəsi;
  4. 2 ədəd 3×4 ölçüsündə fotoşəkil (son 6 ayda çəkilmiş).

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 437-06-03 (YAP Səbail rayon təşkilatı)