YAP Səbail rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib

16 aprel 2015-ci il tarixində YAP Səbail rayon təşkilatında qurumun sədri, Milli Məclisin deputatı, MM Elm və təhsil komitəsinin sədri prof. Şəmsəddin Hacıyev partiya təşkilatının nəzdində fəaliyyət göstərən ərazi təşkilat rəhbərləri ilə görüş keçirib.

Tədbirdə əvvəlcə YAP Səbail rayon təşkilatının sabiq sədri mərhum Zahid Qaralovun xatirəsi yad olunub.

YAP Səbail rayon təşkilatının sədri Ş.Hacıyev qarşıda duran vəzifələrdən danışıb. O, ərazi ilk təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulmasından söhbət açıb, yığıncaqların keçirilməsi, üzvlük haqlarının vaxtında toplanması işində bəzi çatışmazlıqların olduğunu diqqətə çatdırıb. Sədr qarşıda bir sıra vəzifələrin dayandığını bildirib və ilk ərazi təşkilatlarına işlərini bu istiqamətdə qurmağı tövsiyə edib.

Ş.Hacıyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ölkənin inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. O, partiyanın iyun ayında keçiriləcək X konfransından və bu istiqamətdə görüləcək işlərdən danışıb. Sədr ərazi ilk təşkilatlarından konfransa nümayəndələr seçilməsinin vacibliyini diqqətə çatdırıb.