YAP Səbail rayon təşkilatında seçkiləri izləyəcək müşahidəçilər və məşvərətçilər üçün treninq keçirildi

06 oktyabr 2015-ci il tarixində YAP Səbail rayon təşkilatının seçki qərargahında növbəti parlament seçkilərini izləyəcək müşahidəçilər və məşvərətçilər üçün treninq keçirildi.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev əvvəlcə Milli Məclisə seçkilərə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verdi.

Bildirildi ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlaşıb, ardıcıl işlər və müzakirələr davam etdirilir.

Tədbirdə seçki prosesi başlayandan indiyədək görülmüş işlər haqqında məlumat verildi, qarşıda duran vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, müşahidəçi və məşvərətçilərin səlahiyyətlərindən bəhs edildi. Vurğulandı ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur.

YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov seçkilərdə müşahidəçi və məşvərətçilərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi.

Daha sonra tədbirdə müvafiq mövzularda müzakirələr aparıldı və müşahidəçilərin sualları cavablandırıldı.