Bibiheybət sakinləri ilə görüş

30 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev Səbail rayonun Bibiheybət sakinləri ilə görüşüb.

Deputatlığa namizəd təbliğat-təşviqat kampaniyası müddətində yüksək əhval-ruhiyyə ilə görüşlərə qatılan bütün Səbail rayon sakinlərinə təşəkkürünü bildirib. Azərbaycanın uğurlu inkişafından danışan Ş.Hacıyev son 12 il ərzində dünyada iqtisadi artım templərinə görə ölkəmizin ən sürətlə inkişaf edənlər sırasında olduğunu söyləyib. “2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq 3692 ABŞ dollarına çatıb, orta aylıq əmək haqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 faizədək azaldılıb. Bu gün Azərbaycan uğurlu inkişaf yolundadır. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilmir, Azərbaycan öz yolu ilə gedir, xalqımız öz taleyinin sahibidir”.

Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının uğurlarından da danışaraq vurğulayıb ki, bu uğurlar həm də Azərbaycan xalqının uğurlarıdır. Bütün bu uğurların qazanılmasında ölkə Prezidenti cənab İlham Əliyevin tükənməz zəhmətinin, qətiyyyətinin olduğunu bildirən namizəd qəsəbə sakinlərini qarşıdan gələn seçkilərdə fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən sakinlər Şəmsəddin Hacıyevə seçkidə uğurlar arzulayaraq, seçki günü hamılıqla ona səs verəcəklərini deyiblər.

Sonda sakinləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.