Novruz bayramı ilə əlaqədar Səbail rayonunda imkansız ailələrə bayram sovqatı paylanıldı

YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayonda yaşayan 50-dən çox imkansız ailəyə bayram sovqatları paylanılıb.

Bayram sovqatları Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeydiyyata alınan kimsəsizlərə, tənha qocalara və aztəminatlı ailələrə təqdim olunub.

Əziz bayram münasibətilə 18 mart 2016-cı il tarixində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində görüş keçirilib və bayram payları ilk öncə görüşdə iştirak edən kimsəsizlərə təqdim olunub.

Görüşdə YAP Səbail rayon təşkilatı adından sədrin birinci müavini Muxtar Nağıyev və təşkilatın aparat işçiləri, Səbail rayon İcra Hakimiyyəti adından Qabil Vahidov, həmçinin YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova iştirak ediblər. Rayon rəhbərliyi adından çıxış edən M.Nağıyev, Q.Vahidov və T.Kərimova YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyev və Səbail rayon icra başçısı Eldar Əzizov adından rayon sakinlərini salamlayıblar, bayram münasibətilə onları təbrik ediblər və hər kəsə cansağlığı arzu ediblər.

Daha sonra partiya təşkilatının nümayəndələri bayram sovqatlarını evlərə apararaq rayon sakinlərinə təqdim ediblər.