YAP Səbail rayon təşkilatının Qadınlar Şurası “31 mart—azərbaycanlılara qarşı soyqırım günüdür” mövzusunda dəyirmi masa keçirdi

31 mart 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının Qadınlar Şurası və 189-190 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlılara qarşı soyqırım günüdür” mövzusunda dəyirmi masa keçirilib.

189-190 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə məktəbin direktoru Ceyran Kuliyeva və YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova çıxış ediblər. 31 mart faciəsinin Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, xalqın yaddaşında dərin iz buraxan qanlı hadisə olduğunu qeyd edən natiqlər 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulduğunu, qocalar, qadınlar və uşaqların amansızcasına qətlə yetirildiyini, qədim tarixi abidələrimizin məhv edildiyini vurğulayaraq 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başlanıldığını söyləyiblər: “Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə Ulu Öndər Heydər Əliyev tərəfindən verilən siyasi-hüquqi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqləyir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq.”

Dəyirmi masada məktəbin tarix müəllimi Lalə Məmmədova, şagirdlər Atlas Məmmədzadə, Nərgiz Məmmədova və başqaları çıxış edərək 1918-ci ildə erməni faşistlərinin xalqımıza qarşı törətdikləri soyqırıma dair tarixi faktlardan, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən danışıblar.