Səbaildə “15 iyun – Milli Qurtuluş günü” münasibətilə möhtəşəm bayram konserti keçirildi

Milli Qurtuluş Günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar günlə əlaqədar 09 iyun 2016-cı il tarixində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında möhtəşəm bayram konserti təşkil olundu.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin, Milli Məclis üzvlərinin, rayonun elm, təhsil, mədəniyyət, huquq-mühafizə orqanlarının, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, qəsəbə sakinlərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə qeyd olundu ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı və bununla da 15 İyun – tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirib, Azərbaycan daha da möhkəmlənib və qüdrətlənib.

Bayram tədbirində respubikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayəti ilə xalq artisti Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Elnarə Abdullayeva, İlahə Əfəndiyeva, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Aytac Şıxəlizadə və Səbail rayonu 12 saylı Musiqi məktəbinin şagirdi Murad İbrahimovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirildi.

Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq oldu.