Partiya təşkilatının Rayon Şurası və İdarə Heyətinin geniş iclası keçirildi

30 iyun 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının qərargahında Rayon Şurası və İdarə Heyətinin geniş iclası keçirildi.

YAP İdarə Heyəti və Siyasi Şurası üzvlərinin, ərazi ilk partiya təşkilatları sədrlərinin, YAP veteranlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi iclası rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev açdı. Mübarək Ramazan ayı münasibətilə hər kəsi təbrik edən sədr iclas iştirakçılarını gündəliklə tanış etdi.

İclasda ilk öncə 2016-cı ilin birinci yarımilliyində partiya təşkilatında görülmüş işlər haqqında məlumat təqdim olundu. Təqdimat çərçivəsində partiya təşkilatının Rayon Şurası və İdarə Heyətinin yarımillik fəaliyyəti, hesabat dövrü ərzində YAP sıralarına qəbul, YAP üzvlərinin sosial qruplar üzrə dinamikası, partiya təşkilatının ictimai-siyasi, mədəni-kütləvi, sosial yönümlü və gənclərin siyasi fəallığının artırılması istiqamətində fəaliyyəti, həmçinin təşkilatın fəaliyyətinin KİV-də işıqlandırılması, təşkilatın informasiya portalının fəaliyyəti və YAP-ın xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlığında rayon partiya təşkilatının iştirakı barədə məlumat verildi.

İclasın davamında partiya təşkilatı nəzdində fəaliyyət göstərən ərazi ilk partiya təşkilatlarından “Mədəniyyət və turizm işçiləri” təşkilatının sədri Əliyev Yaşar (Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi), “İnkişaf” təşkilatının sədri Əhmədova Fəridə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi), “Gənc idmançılar” təşkilatının sədri Yusifov Aydın (Bakı şəh. Gənclər İdman idarəsi), “Təhsil tədqiqatçıları” təşkilatının sədri Əliyev Piralı (Təhsil problemləri institutu) ərazi təşkilatlarında 2015-ci ildə görülmüş işlər haqqında məlumatlarla çıxış etdilər.

Daha sonra partiya təşkilatına daxil olmuş müraciətlərə baxıldı.

İclasa prof. Ş.Hacıyev yekun vurdu. Partiya təşkilatının ötən yarımil ərzindəki fəaliyyətini ümumən qənaətbəxş qiymətləndirən sədr çıxışında qeyd etdi ki, yolumuz Heydər Əliyev yoludur. Məqsədimiz ölkədə formalaşdırılmış xalq-iqtidar birliyinin bundan sonra da möhkəmləndirilməsinə xidmət edən adekvat işlər görəbilməkdir. Bu istiqamətdə əsas vəzifələrimiz YAP sədri, Prezident İlham Əliyevin və bilavasitə YAP Mərkəzi Aparatının tapşırıqlarını, göstərişlərini layiqincə yerinə yetirmək və bizə göstərilmiş etimadı artıqlaması ilə doğrultmaqdır. Partiya təşkilatımız bu zamana qədər olduğu kimi, bundan sonra bu istiqamətlərdə fəaliyyətini dinamik şəkildə genişləndirməyə, qadınlar, gənclər arasında siyasi əqidənin təbliğatına xidmət edəcək çoxşaxəli layihələr həyata keçirməyə davam edəcəkdir.

Peterburq görüşlərindən sonra torpaqlarımızın geri qaytarılması istiqamətində ciddi addımlar atılmağa başlanılmışdır. Aprel hadisələri zamanı bir daha şahidi olduq ki, Azərbaycan güclü ordusu və müdrik Ali Baş Komandanı olan qüdrətli dövlətdir və torpaqlarını da azad etmək iqtidarındadır. Əminik ki, çox yaxın zamanlarda ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Sonda, Ş.Hacıyev qarşıdan gələn Ramazan bayramı münasibətilə iclas iştirakçılarını təbrik etdi, onlara xoş arzularını çatdırdı.