Ramazan bayramı münasibətilə Səbail rayonunda aztəminatlı ailələrə bayram sovqatı paylanıldı

YAP Səbail rayon təşkilatı tərəfindən Ramazan bayramı münasibətilə rayonun 250 aztəminatlı ailəsinə bayram sovqatı paylanıldı. Bayram sovqatları Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, çox aztəminatlı ailələrinə, eləcə də kimsəsizlərə və tənha qocalara təqdim olundu.

YAP Səbail rayon təşkilatının rəhbərliyi Ramazan bayramı ərəfəsində 05 iyul 2016-cı il tarixində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində bir qrup rayon sakini ilə görüşdü. Görüşdə çıxış edənlər YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev və təşkilatın kollektivi adından bu müqəddəs bayram münasibətilə rayon sakinlərini təbrik etdilər, hər bir ailəyə firavan həyat və xoş günlər arzuladılar. Bildirildi ki, ölkəmizdə sosial cəhətdən həssas qruplara dövlət qayğısı daim artmaqdadır. Rayon rəhbərliyi də öz növbəsində həmişə aztəminatlı ailələrə və imkansız şəxslərə yardımçı olur və bu kömək bundan sonra da göstəriləcəkdir.

Daha sonra partiya təşkilatının nümayəndələri kimsəsizlərin və aztəminatlı ailələrin evlərinə gedərək rayon sakinlərini bayram münasibətilə təbrik etdilər və onlara bayram sovqatlarını təqdim etdilər.

Bayram aksiyasının VideoLinki