“Yeni Azərbaycan” təşəbbüs qrupu yaradıldı

01 avqust 2016-cı il tarixində sentyabr ayının 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağı keçirildi.

Yığıncağda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak etdi.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun “Yeni Azərbaycan” adlandırılması qərara alındı.

Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin  tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmaqla yanaşı, yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edildi.