“Yeni Azərbaycan” təşəbbüs qrupunun Səbail rayon şöbəsi imzatoplama kampaniyasını uğurla başa vurdu

26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Yeni Azərbaycan” təşəbbüs qrupunun Səbail rayon şöbəsi imzatoplama kampaniyasını uğurla həyata keçirib.

YAP Səbail rayon təşkilatında referendumla bağlı müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlər uğurla həyata keçirilir və bu məqsədlə əvvəlcədən nəzərdə tutulmuş imzatoplamada iştirak edəcək partiya fəallarının tərkibi müəyyənləşdirilib, onlarla treninqlər keçirilib, imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyə və təlimatlar verilib.

“Yeni Azərbaycan” təşəbbüs qrupunun Səbail rayon şöbəsinin imzatoplama kampaniyasında 27 nəfər fəal partiya üzvü iştirak edib və ümumilikdə 1100 nəfərin imzası toplanıb.