MSK YAP tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupunu qeydə aldı

17 avqust 2016-cı il tarixində Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə baxıldı.

Bildirildi ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib. YAP 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplayıb.

Daha sonra məsələ səsə qoyuldu və təşviqat qrupu qeydə alındı.