YAP-ın referendumla bağlı nümayəndələri təsdiq edildi

Məzahir Pənahovun sədrliyi ilə 2016-cı il avqustun 20-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.

İclasda 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi, eləcə də sözügedən təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxıldı. MSK katibi Arifə Muxtarova bildirdi ki, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən Milli Məclisin deputatı Aydın Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təyin edilib. Məsələ MSK tərəfindən səsə qoyuldu və A.Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təsdiq edildi.

Daha sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmış səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları açıqlandı:

Səlahiyyətli nümayəndələr (25 nəfər): 
Əhmədov Əli Cavad oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Fətəliyeva Sevinc Həbib qızı
Hacıyev Şəmsəddin Hümmət oğlu
Həbibbəyli İsa Əkbər oğlu
Həmzəyev Naqif Ələşrəf oğlu
Hüseynov Aydın Nəsir oğlu
Hüseynov Vüsal Afqan oğlu
İbrahimov Eldar Rza oğlu
İsmayılov İmamverdi İbiş oğlu
İsmayılov Şahin Əmir oğlu
Kazımov Mirkazım Məhəmməd oğlu
Qafarova Sahibə Əli qızı
Quliyev Bəhruz Vaqif oğlu
Qurbanlı Mübariz Qəhrəman oğlu
Məmmədov Hikmət Baba oğlu
Məmmədov İlham Kazım oğlu
Mirələmov Hüseynbala Fazil oğlu
Rəcəbli Hadi Musa oğlu
Rəhimzadə Vüqar Gəncəli oğlu
Rzayev Tahir Musa oğlu
Sadıqov Bəxtiyar Yusif oğlu
Vəliyeva Sədaqət Suleyman qızı
Zabelin Mixail Yuryeviç

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Novruzov Siyavuş Dünyamalı oğlu

Vəkil edilmiş şəxslər (25 nəfər):
Abiyev Ağacan Qulam oğlu
Abramov Yevda Sasunoviç
Badamov Azər Camal oğlu
Cəbrayılova Dilarə Məmmədağa qızı
Cəfərov Nizami Qulu oğlu
Əliyev İlham Əli Səftər oğlu
Əliyeva Kamilə Əli Ağa qızı
Həmzəyeva Ülviyyə Tapdıq qızı
Həsənov Malik Əvəz oğlu
Hüseynli Əli Məhəmməd oğlu
Hüseynova Sevinc Əmirəhməd qızı
Xəlilov Mirzəcan Mirzəmməd oğlu
İbrahimqızı Məlahət İbrahim qızı
Kərimzadə Pərvin Orxan qızı
Qafarov Kəmaləddin Nəsrəddin oğlu
Quliyev Musa İsa oğlu
Mahmudov Yaqub Mikayıl oğlu
Məhəməliyev Nəsib Məhəmməd oğlu
Naxçıvanlı Aqiyə Həbib qızı
Nəsirov Elşad Haqverdi oğlu
Paşazadə Cavanşir Hümmət oğlu
Rəhimzadə Arif Qafar oğlu
Seyidov Səməd İsmayıl oğlu
Şükürov Nəsib Heybət oğlu
Vəliyev Ağalar İsrəfil oğlu

İclasın davamında 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupları da MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Komissiyanın qərarı ilə qeydə alındı.

MSK-nın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.