Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi təşviqat kampaniyasına başladı

Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum ilə əlaqədar 03.09.2016-cı il tarixində “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşviqat kampaniyasına start verildi.

Saat 08:00-dan başlayaraq YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda refendumla bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başladılar. Plakatların yapışdırılması prosesi günorta saatlarında uğurla sona çatdırıldı.

Tərtib olunmuş qrafikə uyğun olaraq 05 sentyabr tarixindən başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.

Videoyazı