Müqəddəs Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə aztəminatlı ailələrə bayram sovqatları paylanıldı

İslam aləminin ən müqəddəs bayramlarından olan mübarək Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə 260 aztəminatlı ailəyə bayram sovqatları paylanıldı.

Xeyriyyə tədbiri çərçivəsində qurbanlar kəsildi, rayonda yaşayan aztəminatlı ailələrə, müharibə veteranlarına, əlillərə, şəhid və məcburi köçkün ailələrinə, tənha qocalara, yataq xəstələrinə və kimsəsizlərə qurban ətləri paylanıldı.

Partiya təşkilatının qərargahında, Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində, həmçinin Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının qərargahında təşkil olunmuş humanitar aksiyanın davamı olaraq, “SOS” uşaq kəndində məskunlaşmış 14 ailəyə iki qurbanlıq qoyun hədiyyə olundu və bayram sovqatları paylanıldı.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.