Sağlamlıq imkanları məhdud olan Səbail rayonu sakininə əlil arabası hədiyyə edildi

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı daima aztəminatlı rayon sakinlərini, şəhid ailələrini, əlilləri, tənha qocaları, yataq xəstələrini və kimsəsizləri diqqətdə saxlayır və rayon sakinləri üçün mütəmadi olaraq xeyriyyə aksiyaları həyata keçirir. Bu gün bu silsilədən olan daha bir sosial yardım aktı reallaşdı.

Rayon partiya təşkilatının təşkilatçılığı və sponsorların dəstəyi ilə həyata keçirilən yardım aksiyası çərçivəsində partiya təşkilatının əməkdaşları sağlamlıq imkanları məhdud olan və hərəkət etməkdə çətinlik çəkən rayon sakinini yaşadığı mənzildə ziyarət etdilər və ona, həyatını az da olsa asanlaşdıracaq əlil arabası hədiyyə etdilər.

Təşkilatçılara səmimi qəlbdən təşəkkür edən rayon sakini aztəminatlı vətəndaşlara göstərilən diqqət və qayğı üçün ölkə rəhbərinə, Yeni Azərbaycan Partiyasına və rayon rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi.

Bu cür aksiyaların keçirilməsini sadəcə korporativ sosial məsuliyyət olaraq deyil, eyni zamanda özünün mənəvi borcu hesab edən YAP Səbail rayon təşkilatının rəhbərliyi və kollektivi imkan daxilində rayonun aztəminatlı sakinlərinə yardım etməyə davam edəcəkdir.