Səbail rayonunda növbəti sosial yardım aksiyası keçirildi

Bu gün YAP Səbail rayon təşkilatının və sponsorların dəstəyi ilə Səbail rayonunda növbəti sosial yardım aksiyası həyata keçirildi.

Xeyriyyə aksiyası çərçivəsində qurbanlar kəsildi, rayonda yaşayan aztəminatlı ailələrə, əlillərə, şəhid və məcburi köçkün ailələrinə, tənha qocalara və yataq xəstələrinə qurban ətləri paylanıldı.

YAP Səbail rayon təşkilatı bu silsilədən olan yardım aksiyalarına bundan sonra da davam edəcəkdir.