Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümlü seminarlar keçirilir
12.11.2016Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümlü seminarlar keçirilir. YAP Səbail rayon təşkilatında təşkil olunan silsilə seminarlar gənclərin gələcəkdə peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsi, onların gələcəkdə əmək bazarına inteqrasiyası, uğurlu əmək fəaliyyəti üçün, eləcə də əmək bazarında peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mərkəzin mütəxəssisləri tərəfindən təqdim olunan seminarlarda mövcud əmək bazarı, hansı peşə və ixtisaslara tələbatın olması, Bakı şəhəri üzrə məşğulluq orqanlarının elektron məlumat bazasında olan boş (vakant) iş yerləri, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri ilə bağlı mövzulara toxunulur.
Peşəyönümü məsləhət və tövsiyələrin verildiyi seminarlarda iştirakçıların sualları cavablandırılır, onlara aktiv məşğulluq tədbirləri barədə məlumatları əhatə edən çap materialları təqdim edilir.