Deputat Səbail rayon sakinlərinin növbəti qəbulunu keçirdi
26.11.2016Noyabrın 25-26-da Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Səbail rayonu sakinlərini qəbul etdi.
Deputat 2 gün ərzində görüşə gələn 30-dan çox sakinin müraciətlərini dinlədi. Müraciətlər əsasən sosial yönümlü məsələlər, xüsusilə məişət problemləri, hərbi qulluqçuların və müharibə veteranlarının mənzil növbəsində qarşılaşdıqları problemlər, işlə təminat, Badamdar qəsəbəsində “Veteranlar Evi” üçün binanın ayrılması və s. məsələlərlə bağlı olub.
Ş.Hacıyev bildirdi ki, hər bir vətəndaşın müraciəti diqqətlə araşdırılacaq və qaldırılan məsələlər əsasında müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara müraciətlər ediləcəkdir.
Sakinlər deputat Ş.Hacıyevə təşəkkür edərək, onları narahat edən problemləri hər zaman diqqətdə saxladığı üçün ona öz minnətdarlıqlarını ifadə etdilər.