“Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın təqdimat mərasimi keçirildi
20.12.2016Bu ilin əvvəlində Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Səbail rayonunun bütün orta ümumtəhsil məktəblərində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilmiş, bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar etmişlər. Sonradan RİH-də keçirilən yekun konfransda bu işlərin ən yaxşılarının seçilərək kitab şəklində çap olunması qərara alınmışdı.
Həmin konfransın nəticəsi olaraq Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab işıq üzü görmüşdür.
Dekabrın 20-də Milli Azərbaycan Tarixi Muzeyində rayon rəhbərliyi, rayondakı idarə, təşkilat və digər qurumların, təhsil müəssisələrinin rəhbərləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, pedaqoji kollektivlərin təmsilçilərinin və həmçinin kitabda məqalələri toplanmış şagirdlərin iştirakı ilə kitabın təqdimat mərasimi keçirildi.
İlk öncə muzeyin foyesində qonaqlar və tədbir iştirakçılarına 7 nömrəli orta məktəb şagirdləri tərəfindən hazırlanmış Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazları nümayiş olundu və həmin tarixi şəxsiyyətin müvafiq dövrdə gördüyü işlər və qazandığı uğurlar barədə məlumat verildi.
Təqdimat mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan və Səbail rayonunun orta məktəblərinin 33 şagirdinin hazırladıqları monoqrafiyaların toplandığı, nəfis tərtibatlı kitab daş dövründən başlayaraq müasir dövrə kimi olan bir zamanı əhatə edir. Kitabın nəşri həm də şagirdlərimizin gələcəkdə tariximizi daha dərindən öyrənmələrinə, onun ayrı-ayrı dövrlərinin araşdırılmalarına marağı artıracaqdır. O, məktəbliləri və onların müəllimlərini belə bir maraqlı kitabın işıq üzü görməsi ilə bağlı təbrik etdi.
Təqdimat mərasimində çıxış edən 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, kitabın redaktoru Elmin İmanov, məqalələri kitaba daxil edilmiş 2 nömrəli Texniki humanitar elmlər liseyinin şagirdi Murad Kərimov, 7 nömrəli məktəbin şagirdi Firavan Əlizadə, 6 nömrəli məktəb-liseyin şagirdi Əsmər Səfərli və başqaları Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində özünə məxsus yer tutduğunu, onun tariximizin dərindən öyrənilməsi və təbliği ilə bağlı gördüyü işlərdən, bu kitabın gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışdılar, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq bildirdilər.
Çıxışlarda gələcəkdə də bu silsilədən olan digər kitabların çap olunacağı qeyd olundu.
Sonda tədbir iştirakçıları və məktəblilər muzeyin yeni eksponatları ilə tanış oldular.
Təqdimat mərasiminin videoyazısı: