“Təhsil tədqiqatçıları” ilk ərazi təşkilatında 20 Yanvar şəhidləri anıldı
20.01.2017Yanvarın 19-da Azərbaycan Respublikasının Təhsil İnstitututunda 20 Yanvar faciəsinin 27-ci idönümü ilə əlaqədar iclas keçirildi.
Toplantını Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev açdı. Əvvəlcə Azərbaycanın azadlığı uğrunda mücadilədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra 20 Yanvar hadisələrinə həsr olunmuş videofilmə baxış keçirildi.
YAP Səbail rayon “Təhsil tədqiqatçıları” ilk ərazi təşkilatının sədri prof. Piralı Əliyev “20 Yanvar hadisəsinin səbəb və nəticəsi” adlı məruzə ilə çıxış etdi.
Tədbirdə İnstitutun direktor müavini dos. Ənvər Abbasov və başqaları çıxış etdilər.
***
Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə “Təhsil tədqiqatçıları” ilk ərazi təşkilatının əməkdaşları və partiya fəalları Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət etdilər.