YAP Səbail rayon təşkilatında növbəti hesabat-seçki yığıncağı keçirildi

24 yanvar 2017-ci il tarixində YAP Səbail “Sosial təminat müdafiəçiləri” (DSMF-nin Səbail rayon şöbəsi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

Ərazi ilk partiya təşkilatının sədri Nigar Ağayeva ötən konfransdan keçən dövr ərzində ilk partiya təşkilatında görülmüş işlər barəsində məlumat verdi.

Çıxış edən “Sosial təminat müdafiəçiləri” ərazi ilk partiya təşkilatının İdarə heyətinin üzvü Kazım Mansurov, YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev və digərləri hesabatı qənaətbəxş qiymətləndirdilər. Hesabat məruzəsi yekdilliklə qəbul olundu.

Yığıncaqda təşkilat sədrlərinin hesabat məruzəsi dinlənildikdən sonra təşkilatın İdarə Heyətinin üzvləri, ilk partiya təşkilat sədri və müavinləri, eləcə də ərazi ilk partiya təşkilatının YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələri seçildi.