YAP Səbail rayon “7 saylı oxu zalı” (7 №-li orta məktəb) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

03 fevral 2017-ci il tarixində YAP Səbail rayon təşkilatı “7 saylı oxu zalı” (7 №-li orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Ərazi ilk partiya təşkilatının sədri Firəngiz Mustafayeva hesabat məruzəsi ilə çıxış edərək təşkilatın 2016-cı ildəki fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparıldı və ərazi ilk partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edildi. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi və YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçildi.

Çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova hesabat məruzəsini və ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdi. YAP-ın sədri cənab Prezident İlham Əliyevin təhsil sahəsində apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan T.Kərimova bildirdi ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi üçün əsaslı işlər görülür, təhsil ocaqlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, yeniləşdirilməsi hər zaman ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqət mərkəzindədir. T.Kərimova yeni seçilmiş İdarə Heyətini, sədr və müavini təbrik edərək, məktəbin pedaqoji heyətinə işlərində uğurlar arzuladı, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırdı.