YAP Səbail rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir
15.02.201710 fevral tarixində YAP Səbail rayon “Mərkəzi ərazi” ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Məhəmmədəli Məmmədzadə hesabatla çıxış etdi. 2015-2016-cı illər ərzində təşkilatda görülmüş işlər haqqında ətraflı məlumat verən M.Məmmədzadə qeyd etdi ki, Yeni Azərbaycan Partiyası 25 il ərzində şərəfli yol keçmişdir, ölkə rəhbəri cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir və “Mərkəzi ərazi” ilk partiya təşkilatı sıralarında cəmləşmiş partiya üzvləri dövlət siyasətinin ən qabaqcıl təbliğatçılarındandırlar. Partiya üzvü olaraq hər birimiz möhtərəm Prezidentimizin yanındayıq və dövlətçiliyimizi, müstəqilliyimizi qorumaq üçün verilən bütün tapşırıqları olduğu kimi yerinə yetirməyə hazırıq. İlham Əliyev siyasətinin nəticəsində bu gün dünyada ölkəmizin, Prezidentimizin nüfuzu günü-gündən yüksəlir. Bundan sonra da xalqımız iqtidar partiyamız olan YAP ətrafında daha da sıx birləşməlidir ki, ölkəmizi daha da böyük uğurlara aparaq.
Çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev və Aparat rəhbər dos. Zəfər Bayramov bildirdilər ki, YAP Səbail rayon təşkilatının üzvlərinin 66%-ini gənclər, 56%-ini isə qadınlar təşkil edir. Rayon partiya təşkilatı bu zamana qədər qarşısına qoyulan bütün məqsəd və vəzifələri layiqincə həyata keçirmişdir, 2017-ci il üçün geniş fəaliyyət planı işlənib hazırlanmışdır və partiya təşkilatı bundan sonra da verilən bütün tapşırıq və tövsiyələri ləyaqətlə və məsuliyyətlə yerinə yetirmək üçün əzimkarlıqla çalışacaqdır.
Yığıncaq iştirakçıları “Mərkəzi ərazi” ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş olaraq qiymətləndirdilər. Müzakirələrdən sonra ərazi ilk partiya təşkilatının yeni tərkibi, rayon təşkilatının XI konfransına nümayəndələr seçildi.
***
13 fevral tarixində YAP Səbail rayon “Mərkəzi Klinik Xəstəxana” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Xudayar Mustafayev təşkilatda 2015-2016-cı illərdə görülmüş işlər haqqında hesabatla çıxış etdi. Sonra mövzu ətrafında müzakirələr aparıldı. Çıxış edən O.Hümbətova, N.İsmayılova və Ç.Salahov bu illərdə ilk partiya təşkilatında görülən işləri qənaətbəxş qiymətləndirdilər. Yığıncaqda “Mərkəzi Klinik Xəstəxana” ərazi ilk partiya təşkilatının rəhbər orqanları və rayon təşkilatının XI Konfransına nümayəndələr seçildi.
***
YAP Səbail rayon təşkilatının “Müəllimlər” (132-134 saylı Təhsil Kompleksi), “160 №-li Oxu zalı” (160 №-li Klassik Gimnaziya), “329 №-li Oxu zalı” (329 №-li məktəb), “Musiqiçi müəllimlər” (12 №-li musiqi məktəbi) ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqlarda ilk partiya təşkilatlarında 2015-2016-cı illərdə görülmüş işlər haqqında hesabatlar dinlənildi və müzakirələr aparıldı. Ərazi ilk partiya təşkilatlarının rəhbər orqanları və rayon təşkilatının XI Konfransına nümayəndələr seçildi.
***
YAP Səbail rayon təşkilatının “Azərbaycan tarixçiləri” (Milli Azərbaycan Tarix Muzeyi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Pərvanə Əzimova təşkilatda 2015-2016-cı illərdə görülmüş işlər haqqında hesabatla çıxış etdi. Sonra mövzu ətrafında müzakirələr aparıldı, ərazi ilk partiya təşkilatının sədri, müavinləri və İdarə Heyətinin yeni tərkibi, eləcə də rayon təşkilatının XI Konfransına nümayəndələr seçildi.
***
YAP Səbail rayon “İdarəedicilər” (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Yusif Zeynalov hesabat məruzəsi ilə çıxış etdi. “İdarəedicilər” ərazi ilk partiya təşkilatının üzvləri müəllim F.Şammadov, dos. Ş. Yaqizarov, S. Məmmədova görülən işləri qənaətbəxş qiymətləndirdilər. Yığıncaqda ərazi ilk partiya təşkilatının rəhbər orqanları, eləcə də rayon təşkilatının XI Konfransına nümayəndələr seçildi.