YAP Səbail rayon “Maliyyəçilər” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

16 fevral tarixində YAP Səbail rayon “Maliyyəçilər” (Maliyyə-iqtisad kolleci) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Həmzə Ziyadov hesabatla çıxış etdi. 2015-2016-cı illər ərzində təşkilatda görülmüş işlər haqqında ətraflı məlumat verən H.Ziyadov qeyd etdi ki, təşkilat üzvləri istər rayon, istərsə də respublika səviyyəsində keçirilən partiya tədbirlərində yaxından iştirak edir, siyasi kampaniyada xüsusi fəallıq nümayiş etdirirlər və bu zamana qədər Prezident, Bələdiyyələr, Milli Məclis seçkilərinin, 2016-cı il Referendumunun təbliğat-təşviqat kampaniyalarında seçilən təşkilat üzvləri rayon təşkilatı tərəfindən təşəkürnamələr və fərmanlarla təltif olunmuşlar. “Maliyyəçilər” ərazi ilk partiya təşkilatı bundan sonra bütün tapşırıqları məsuliyyətlə icra etməyə hazırdır.

Çıxış edən təşkilat üzvləri hesabat dövrü ərzində təşkilatın fəaliyyətini qənaətbəxş hesab etdilər. Müzakirələrdən sonra ərazi ilk partiya təşkilatının yeni tərkibi, rayon təşkilatının XI konfransına nümayəndələr seçildi.

YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov çıxışında bildirdi ki, “Maliyyəçilər” ərazi ilk partiya təşkilatı Səbail ərazisində fəaliyyət göstərən ilk ərazi təşkilatları arasında ən fəal təşkilatlardan biridir, təşkilat üzvləri bütün rayon tədbirlərində yaxından iştirak edirlər. Partiyanın 25 illik yubileyi ərəfəsində qarşımızda önəmli vəzifələr durur, Azərbaycanı gələcək uğurlara aparmaq üçün hamımızdan daha böyük məsuliyyət, daha ciddi münasibət tələb olunur. İnsan kapitalının formalaşmasında təhsil və təhsil işçilərinin rolundan danışan Z.Bayramov xüsusi vurğuladı ki, ölkə rəhbəri cənab İlham Əliyevin təhsilin inkişafına xüsusi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan təhsili bu gün günü-gündən güclənir. Müəllimlərimizin qarşısında da bir nömrəli vəzifə gənc mütəxəssislər yetişdirməklə yanaşı, əsl vətəndaş formalaşdırmaqdan ibarətdir.