YAP Səbail rayon ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
17.02.2017Fevralın 17-də “İçərişəhər” (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) ərazi ilk partiya təşkilatında hesabat-yığıncağı keçirildi. Gündəlikdə duran birinci məsələ üzrə təşkilat sədri Eldar Primov çıxış etdi. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən ərazi ilk partiya təşkilatının 2015-2016-cı illər üçün hesabatı müzakirə olundu. Çıxış edən t.e.d. Vəfa Quliyeva və digərləri hesabat dövrü ərzində ilk ərazi təşkilatında görülən işləri müsbət qiymətləndirdilər.
YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov diqqətə çatdırıb ki, rayon partiya təşkilatı nəzdində fəaliyyət göstərən 110-a yaxın ilk təşkilatlar sırasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həmişə öz dəsti-xətti ilə, fəallığı ilə seçilmişdir. Azərbaycan cəmiyyətinin intellektual təbəqəsinin nümayəndələrinin, ziyalıların təmsil olunduğu idarə ölkəmizin mədəni irsinin qorunmasında, zəngin mədəniyyətimizin gənc nəsilllərə təbliğində xüsusi rol oynayır. İdarənin partiya üzvləri də çox fəaldırlar, ölkə rəhbəri, YAP-ın Sədri cənab İlham Əliyevin siyasətinin dəstəklənməsində və həyata keçirilməsində yaxından iştirak edirlər.
Yığıncaqda ərazi ilk partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi təsdiqləndi, eləcə də YAP Səbail rayon təşkilatının XI Konfransına ilk partiya təşkilatından nümayəndələr seçildi.
***
Fevralın 17-də “162 №-li Oxu Zalı” (162 №-li tam orta məktəb) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Təşkilat sədri Məlahət Hüseynovanın hesabat məruzəsi dinlənildikdən sonra yığıncaq iştirakçıları ərazi ilk partiya təşkilatında görülmüş işlər haqqında müzakirələr apardılar.
Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov və məktəb müəllimləri qeyd etdilər ki, İslam Həmrəyliyi ili, 2018-ci ildə Prezident seçkiləri ilə bağlı üzərimizə böyük vəzifələr düşür, partiya təəssübkeşləri olaraq hər birimiz verilən tapşırıqları bundan sonra da layiqincə yerinə yetirməyə hazırıq.
Yığıncaqda ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət yeni tərkibli İdarə Heyəti seçildi və rayon təşkilatının XI Konfransına nümayəndələr müəyyənləşdirildi.