YAP Səbail rayon “Auditorlar” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

Fevralın 20-də YAP Səbail rayon “Auditorlar” (Azərbaycan Respublikası Auditorlar Palatası) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

İlk partiya təşkilatının sədri Vahid Novruzov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatda ötən ildə görülmüş işlər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, əsası 5 aprel 1996-cı il tarixində qoyulmuş Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşları arasında YAP üzvlərinin sayı davamlı olaraq artır. Partiya təəssübkeşləri bundan sonra da partiyanın bütün tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirməyə hazırdırlar.

Çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev və başqaları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirdilər.

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri, sədr müavini, İdarə Heyətinin üzvləri, eləcə də YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçildi.

Sonra YAP sıralarına yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edildi.