YAP Səbail “Poçtalyon” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

03 may 2017-ci il tarixində “Poçtalyon” (Azərpoçt MMC) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədr müavini Adil Rəhmanov ilk təşkilatın hesabatı ilə çıxış etdi. A.Rəhmanov hesabat dövründə görülmüş işlər və partiya üzvlərinin fəaliyyəti haqqında məlumat verdi. Hesabat yığıncaq iştirakçıları tərəfindən müsbət qiymətləndirildi.

Yığıncaqda ərazi ilk partiya təşkilatının yeni İdarə Heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də YAP Səbail rayon təşkilatının XI Konfransına ilk partiya təşkilatından nümayəndə seçildi.