Deputat növbəti dəfə sakinləri qəbul etdi

Mayın 17-də 29 saylı Səbail seçki dairəsi üzrə Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev rayon sakinlərini qəbul etdi.

Qəbul zamanı əsasən işsizlik, məişət-kommunal, səhhətin müalicəsi, qanunsuz tikililər, mənzillərin sənədləşməsində yaranan problemlərlə bağlı müraciət edən sakinlər dinlənilib, deputat qanunvericikdə mövcud olan qaydalar haqqında sakinlərə izahatlar verib, bəzi problemlərin yerindəcə həll olunması üçün müvafiq qurumlarla əlaqə saxlanılıb, həlli zaman tələb edən məsələlər isə icraata götürülüb.

Sakinlərin problemlərinin müsbət həlli istiqamətində müvafiq strukturlara deputat tərəfindən müraciətlər ediləcəkdir.