Milli Azərbaycan Tarixi Muzeyinin ənənəvi “Muzey “Təşəkkür edir”” adlı layihəsi çərçivəsində YAP Səbail rayon təşkilatının əməkdaşları mükafatlandırıldı

Mayın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “18 may – Beynəlxalq Muzeylər günü” münasibətilə repressiya qurbanlarına həsr olunmuş “Sonuncu ünvan” adlı tədbir keçirildi. Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Gənc Alim və Mütəxəssislər Şurası və Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil olunmuşdu.

Çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tariximizin dərindən araşdırılmasının və öyrənilməsinin əhəmiyyətindən danışdı. O, bildirdi ki, 1920-1950-ci illərdə totalitar dövlət rejimi Azərbaycanda yüz minlərlə günahsız insanı repressiyalara məruz qoymuşdur. Siyasi rejimin diqtəsilə deyil, milli hissiyyatla düşündüyünə görə bu məsum insanlar cəzalandırılmışdır. Nailə xanım bu dövr tariximizin dərindən tədqiq edilib araşdırılmasına böyük ehtiyac olduğunu bildirdi.

Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış etdi. O, Beynəlxalq Muzeylər Günündə belə bir tədbirin keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etdi və Muzey rəhbərinə öz təşəkkürünü bildirdi. E.Süleymanova repressiya qurbanlarını yad edərək, tariximizin bu acı səhifələrinin insan hüquqlarının pozulması kimi qiymətləndirdi.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında mühafizə olunan materiallar əsasında hazırlanmış foto-slaydın müşayiətilə t.ü.f.d. Rafiq İsmayılov “1930-1953-cü illərdə repressiyaya məruz qalan elm xadimləri” mövzusunda məruzə ilə çıxış etdi.

Tədbirin davamında Milli Azərbaycan Tarixi Muzeyinin ənənəvi “Muzey “Təşəkkür edir”” adlı layihəsi çərçivəsində 2017-ci ilin birinci yarısında Muzeyin elmi-mədəni və ictimai tədbirlərinin təşkilində və onun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənənlərə Muzeyin təşəkkürnamələri təqdim olundu. Layihə çərçivəsində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Milli Konservatoriyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 2 nömrəli Texniki Humanitar lisey, 6 nömrəli orta məktəb-lisey, 8 nömrəli tam orta məktəb, 272 nömrəli tam orta məktəb, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), LiderTV, “Olaylar” İnformasiya Agentliyi və “Edumap.az” Təhsil Portalı təltif olundular.

Göstərilən diqqətə görə YAP Səbail “Azərbaycan tarixçiləri” (Milli Azərbaycan Tarixi Muzeyi) ərazi ilk partiya təşkilatının sədri Pərvanə xanım Əzimovaya təşəkkür edirik.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin saytında xəbər Linki