Yeni Azərbaycan Partiyasının veteranı, qocaman pedaqoq Qönçə xanım Qasımovanın 90 illik yubileyi qeyd olundu

YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının veteranı, qocaman pedaqoq Qönçə xanım Qasımovanın 90 illik yubileyi qeyd olundu.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Qönçə xanımı 90 illik yubileyi münasibətilə YAP Səbail rayon təşkilatının çox minli üzvləri adından ürəkdən təbrik etdi, ona uzun ömür, cansağlığı arzuladı. Qönçə xanımın YAP sıralarında çoxdan fəaliyyət göstərdiyini qeyd edən Sədr bildirdi ki, Vətənimizə, dövlətçiliyimizə və partiyamıza bağlı bir ziyalı olan Qönçə xanım partiyamızın sıralarında bu gün də fəaldır, veteranlarımız arasında xüsusi yeri olmaqla, Səbail rayon təşkilatında, həmkarları arasında böyük hörmət və nüfuz sahibidir.

Qönçə xanım Qasımova YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında xüsusi fəallıq göstərdiyinə görə və 90 illik yubileyi münasibətilə rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu.

Daha sonra YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə yubilyarın şərəfinə ziyafət verildi.